04 avqust 2024 20:09
638

Əqrəbin sancdığı ahıl evə buraxılıb

Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

"Report"