05 avqust 2024 14:36
474

Ramin Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sədr avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.