05 avqust 2024 22:56
485

Binəqədidə yanğın olub

Bakının Binəqədi rayonunda yanğın olub.

“İki sahil” xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, yanğın "Azərişıq" ASC-yə məxsus gücü 6 kv-luq transformatorda baş verib.

Hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının qarşısı alınıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.