06 avqust 2024 14:16
462

Dənizdə batdığı ehtimal olunan şəxsin axtarışları davam edir - VİDEO

İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya dəstəsinin helikopterləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar intensiv şəkildə aparılır.

Əlavə məlumat veriləcək.