06 avqust 2024 14:47
581

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

“İki sahil” xəbər verir ki,  Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, iyulun 31-dən avqustun 5-dək aparılmış vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Müsahibə mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.