07 avqust 2024 10:57
593

DSMF: İyul ayında 9 min 600-dən çox birdəfəlik ödəniş edilib

Bu ilin iyul ayı ərzində 9 min 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti məlumat yayıb.

Müavinət ödənişləri 4 min 566 nəfər qız uşağı, 5 min 107 nəfər oğlan uşağına görə aparılıb.