08 avqust 2024 16:10
435

Paytaxtın daha bir ərazisində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqustun 10-u saat 06:00-dan 12 avqust saat 09:00-dək aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.