08 avqust 2024 18:08
582

Şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunur

Parlament seçkiləri ilə əlaqədar şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunur.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bugünkü iclasında deyib.

O bildirib ki, şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir: "İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.