09 avqust 2024 16:01
525

Narkotikin təsiri altında avtomobili idarə edən Astara sakini həbs edilib

Astara rayonu ərazisində hərəkətdə olan “Vaz” markalı avtomobilin konstruksiyasına dəyişiklik edildiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

“İki sahil” xəbər verir ki, həmin avtomobili etibarnamə, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Şəhriyar Zülfüqarlının narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.

Onun barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Zülfüqarlı 15 gün müddətinə inzibati qaydada həbs edilib.