10 avqust 2024 18:10
626

Rövzət Qasımov: Seçkiqabağı təşviqat prosesinə start verilib, seçicilər fəallıq nümayiş etdirirlər

Seçkiqabağı təşviqat prosesinə start verilib. Seçicilər fəallıq nümayiş etdirirlər.

“İki sahil” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası ödənişsiz efir vaxtı ilə əlaqədar 60-dan yuxarı əməkdaşını qeydiyyatdan keçirmişdi. Lakin sonradan bu hüququndan imtina edib.