Bu gün Daxili Qoşunların Naxçıvan şəhərində yerləşən hərbi birləşməsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Döyüş Bayrağı sıra meydanına gətirildikdən sonra Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə mərasim iştirakçılarına geniş məlumat verilib, gənc əsgərlər hərbi anda gətirilərək Vətənə sədaqət andı içiblər.
Mərasim Xüsusi Təyinatlıların nümunəvi çıxışı ilə başa çatıb.
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub