14 avqust 2024 13:10
475

Azərbaycan əhalisinin gəlirləri 6 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 47 milyard 138,9 milyon manat təşkil edib.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,3 % artaraq 4 625 manata çatıb.