14 avqust 2024 13:23
487

Bu ilin altı ayı ərzində 11670 nəfər cinayət törətmiş şəxs müəyyən edilib

Bu il yanvar-iyun aylarında 11670 nəfər cinayət törətmiş şəxs müəyyən edilib.

Bu barədə “İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verib.

Bildirilib ki, 8815 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub: “Qeydə alınmış cinayət hadisələrinin 5674-ü və ya 30,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub”.