15 avqust 2024 10:52
470

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Avqustun 14-də polis əməkdaşları Bakı və rayonlarda 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.