15 avqust 2024 12:21
492

DMX: Ötən ay Azərbaycanda yaşamaq üçün altı mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 439 müraciəti daxil olub.

Bu barədə "İki sahil"ə DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 57 min 969 müraciət ediblər.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 2 min 51 olub.