15 avqust 2024 12:44
462

Bakıda qadına qarşı 38 min manatlıq dələduzluq edilib

Xəzər rayonunda bir nəfər qadının 38500 manatının aldadılaraq alınması barədə polisə məlumat daxil olub.

"İki sahil" DİN-ə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.