15 avqust 2024 13:15
379

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Qənbər Teymur oğlu Yarıyevlə Salyan rayonunda keçirilən vida mərasimi başa çatıb.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi Salyan rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.