2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20% və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7% və ya 62 mln. ABŞ dolları azdır.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95%-nə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalaraq 222.8 ABŞ dolları təşkil edib.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək