Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,2 %-i Rusiya, 16,5 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8,3 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Gürcüstan, 3,2 %-i Qazaxıstan, 2,7 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,5 %-i Çin, hər birindən 1,3 % olmaqla Ukrayna və Küveyt, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla İsrail və Oman, 1,%-i Belarus, 10,7 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,3 dəfə, Çindən - 2,1 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 49,7 %, Omandan - 47 %, İrandan - 46,5 %, Səudiyyə Ərəbistanından - 42,8 %, İtaliyadan - 38,7 %, Yəməndən - 35,9 %, Türkmənistandan - 33,0 %, Polşadan - 31,8 %, Küveytdən - 29,3 %, Misirdən - 29,2 %, Özbəkistandan - 25,6 %, ABŞ-dan - 21,9 %, Ukraynadan - 20,5 %, Türkiyədən - 19,6 %, Almaniyadan - 19,3 %, Tacikistandan - 17,8 %, Rusiyadan - 16,9 %, Bəhreyndən - 14,3 %, Fransadan - 13,5 %, Gürcüstandan - 11,8 %, BƏƏ-dən 7,5 % artıb.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 % artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 % artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 576,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75 %-i hava, 23,8 %-i dəmir yolu və avtomobil, 1,2 %i isə dəniz nəqliyyatından istifadə edib.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək