Sentyabrın 10-da İstanbulda Azərbaycan-Türkiyə-Türkmənistan biznes forumu keçiriləcək.
“İki sahil”in məlumatına görə, report bu barədə forumun təşkilatçısı olan Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinə (DEIK) istinadən xəbər verir.
Məlumatda bildirilib ki, forumda Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev iştirak edəcəklər.
“Foruma üç ölkənin biznes strukturlarının liderləri və iş adamlarının da qatılacağı gözlənilir”, - DEİK-dən qeyd edilib.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək