Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil”in məlumatına görə, Sərəncamda qeyd edilib:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Bəhmən Rza oğlu Babayevə
polkovnik Əyyub Vəli oğlu Məmmədova
polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.