19 avqust 2024 16:41
529

Vladimir Putin: “Şimal-Cənub” layihəsi Hind okeanına çıxışımızı təmin edəcək

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan və Rusiyanın Hind okeanına çıxışını təmin edəcək.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı birgə planlarımızı xüsusilə qeyd edəcəyəm. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutlardan qarşılıqlı fayda əldə etmək üçün istifadə etməyə imkan verəcək”, - o qeyd edib.