Rusiya-Azərbaycan birgə Universitetinin yaradılması imkanları nəzərdən keçirilir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
O, 8000-dən çox azərbaycanlının Rusiyanın ali məktəblərində təhsil aldığını açıqlayıb. Əlavə edib ki, 1000-dən çox tələbə dövlət büdcəsi hesabına təhsil alır.
“Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib, ümid edirəm ki, bunu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti belə bir layihəyə qoşulmağa hazırdır”, - Vladimir Putin bildirib.