23 avqust 2024 09:46
373

Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.