23 avqust 2024 12:33
413

Özbəkistan Prezidenti: Qarabağ çiçəklənən regiona çevrilir

Cənab Prezident İlham Əliyev, bir daha ölkənizin ərazi bütövlüyünün bərpasında tarixi rolunuzu və azərbaycanlı ailələrin torpaqlarına qayıtmasını qeyd etmək istəyirəm.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, bu gün Qarabağ çiçəklənən regiona çevrilir: “Mən Şuşanı, Füzulini gözümlə gördüm. Böyük sosial, iqtisadi və infrastruktur layihələr həyata keçirilir”.