23 avqust 2024 14:31
471

Azərbaycan və Özbəkistan arasında aviareyslərin artırılması təklif olunub

Ölkələrimiz arasında əlaqələri nəqliyyat, energetika və digər infrastruktur layihələr həyata keçirməklə gücləndirmək zəruridir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, aviareyslərin sayının artırılması, hava və yerüstü daşımalarla bağlı prosedurları maksimum sadələşdirmək də zəruridir.