23 avqust 2024 15:41
431

Novxanıda supermarketdə yanğın olub

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan ikimərtəbəli obyektin (supermarket kimi fəaliyyət göstərir) zirzəmisində gücü 25 kVt olan transformatorun sarğıları yanıb. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.