23 avqust 2024 15:49
518

BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi ixtisasının builki məzunu Xədicə Abdullazadə Cənubi Koreyanın top 3 universitetindən biri olan Koreya Universitetinin magistraturasına qəbul alıb.

Bu barədə "İki sahil"ə BMU-dan bildirilib. Qeyd olunub ki, BMU məzunu təhsilini bu universitetin fiziki kimya ixtisasında tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd və aviabiletlər daxil) davam etdirəcək.

Xədicə Abdullazadə 2020-ci ildə BMU-ya 616,9 balla qəbul olub. 2024-cü ildə universitetin bakalavriat səviyyəsini ixtisas birincisi olaraq bitirib.

Qeyd edək ki, 1905-ci ildə qurulan Koreya Universiteti bu ölkənin, eləcə də dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir.