23 avqust 2024 23:00
508

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

Bu barədə “İki sahil”ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.