24 avqust 2024 10:30
539

DİN: Bəzi şəxslərin fotolarını yandıran şəxs əqli qüsurludur

Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan bir nəfərin bəzi şəxslərin fotolarını yandırdığını əks etdirən görüntülər yayılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı “Report”un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb. Əməli törədən əqli qüsurlu şəxs O.Məmmədovdur.

O, sağlamlığı ilə əlaqədar müalicə olunur.