24 avqust 2024 10:50
449

Salyanda elektrik sayğacı partlayıb

Salyan rayonunda elektrik sayğacının partlaması nəticəsində bir nəfər yanıq xəsarəti alıb.

Hadisə Salyan şəhərində qeydə alınıb. Sübhan Qurbanov elektrik sayğacında təmir işi apararkən partlayış olub və alov onun üz nahiyəsini yandırıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC