24 avqust 2024 23:55
792

Nərimanov rayonunda evdə yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 1 ədəd soyuducu yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.