25 avqust 2024 02:55
609

Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 1999-cu il təvəllüdlü Xudatov Əmrah Kamal oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.