Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.