25 avqust 2024 16:36
516

Astarada dənizdə batan gəncin meyiti tapılıb

Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində rayonun Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.