25 avqust 2024 16:21
504

Faktiki hava - yağış yağıb, şimşək çaxıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 15:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.