Türkiyədə Ankaradan Sivasın Şarkışla rayonuna toya gedənləri daşıyan midiavtobus yağış nəticəsində idarəetmədən çıxaraq çuxura aşıb.
“İki sahil”in yerli mətbuata istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.
Yaralıların təcili tibbi yardım maşınları və ambulans helikopterlə xəstəxanalara daşındığı bildirilir.
Qəza ilə bağlı araşdırma başladılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb