Avqustun 30-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji auditoru” mövzusunda vebinar keçiriləcək.
“İki sahil” xəbər verir ki, vebinarda Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin əməkdaşı Əli Salmanlı tərəfindən enerji auditinin aparılması üçün enerji auditoru ixtisas attestatının əldə edilməsi üzrə müraciət qaydalarına dair ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.
Onlayn seminarda iştirak etmək istəyənlər 30 avqust tarixində saat 15:00-da Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.
Maraqlı tərəfləri enerji auditoru ixtisas attestatının əldə edilməsi ilə bağlı informativ sessiyaya qoşulmağa dəvət edirik:
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb