“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Üzeyir Hacıbəyli” universal quru yük gəmisi Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən yeni elektrik stansiya üçün zəruri olan daha bir dəst turbin və generatorun daşınmasını həyata keçirib.
ASCO-dan "İki sahil"ə bildirilib ki, ötən ay Türkiyənin Heydərpaşa limanından yola düşən gəmi artıq Azərbaycana – “Qaradağ” limanına çatıb.
Burada hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator gəmidən uğurla boşaldılaraq, ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb