Paytaxtın bu ilin 7 ayının sosial-iqtisadi inkişaf göstəriciləri açıqlanıb
Sənayenin inkişafı haqqında
2024-cü ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 31,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 76,6 faizi mədənçıxarma, 20,4 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,0 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2024-cü il vəziyyətinə 446,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2024-cü ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 3,1 faizini cari təmir, 3,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2024-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 18744,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 10392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8352,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 828,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,6 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2024-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0 faiz artaraq 4118,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3937,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,6 faizini təşkil etmişdir.
Əməkhaqqı
2024-cü ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1268,7 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib