28 avqust 2024 12:51
473

Bəhruz Məmmədov: Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı yayılan görüntülər araşdırılır

Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.