Avqustun 25-26-da Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib və FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası həmin yarişda çempion adını qazanıb.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev komandanın üzvləri ilə görüşüb.
Görüş zamanı F.Musayev qazanılan qələbənin əhəmiyyətindən danışıb, komanda üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq