Azərbaycan Almaniyanın “Uniper” şirkəti ilə “mavi hidrogen” texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsini müzakirə edib.
Bu barədə “İki sahil"ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Energetika Nazirliyində “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən görüşdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.
Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması, yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs olunub, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib.
Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də “mavi hidrogen” texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin əməkdaşlıqdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb