Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələrinin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən "İki sahil"ə bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən gömrük zonasını tərk edən zaman hərəkətlərində şübhə yarandığı üçün “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə rentgen qurğusu vasitəsilə baxış keçirilib.
Yoxlama zamanı hər iki şəxsdən gömrük orqanlarına bəyan edilməyən ümumilikdə 228 min 597 dərman vasitəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb