28 avqust 2024 21:41
519

Minik avtomobili yanıb

Zərdab rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.