Qubada baş verən yol qəzaslnda xəsarət alanların sayı 12-yə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumat verilib ki, yaralların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
"29.08.2024-cü il tarixində saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qeyd edək ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq