Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin sahiblərinə təhvil verilməsi prosesi cari ilin 19 avqust tarixindən “Bakı KOB evi”ndə həyata keçirilir.
Agentlikdən "İki sahil"ə bildirilib ki, bu günə kimi sözügedən xidmət üzrə 56 dənizçi DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edib. Onlardan 45-i hazır sənədlə təmin olunub.
Xidmətin təşkilində məqsəd agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, sənədlərin əldə edilməsinə sərf olunan vaxtın minimuma endirilməsi və nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb