Ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağları, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edilib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib.
Xatırladaq ki, bu dövrdə özünü təminetmə səviyyəsi, çörək üzrə üzrə 99.7%, bitki yağları üzrə 55.7%, kərə yağı üzrə 67.7%, şəkər üzrə 84.4%, çay üzrə 85.5%, duz üzrə isə 101% olub.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb