Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan siqaretlərin və digər malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən (DGK) "İki sahil"ə bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus baqaj və əl yüklərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 7 adda 27580 ədəd siqaret, 9 adda 2256 ədəd dərman vasitəsi, “İphone 13 pro, 128 GB” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb