Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
"İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan”nın “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərini pozduğu məlum olub.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb